Baş nazir Əli Əsədov Astanada Regional Ekoloji Sam...
12:36 22.04.2026
0
0
0
Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb. “Şərq qapısı” xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub. Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib. Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.
Digər xəbərlər