NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Futbol üzrə dünya çempionatının ilk finalçısı bəlli olur

...

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

"Şərq qapısı" xəbər verir ki, ilk oyun günündə Fransa və İspaniya kollektivləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransa millisi 1/4 finalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İspaniya isə Belçika seçməsini 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatının ikinci yarımfinal görüşündə İngiltərə və Argentina komandaları qarşılaşacaq. Mundialın final görüşü iyulun 19-da baş tutacaq.

Nəşr edilib : 14.07.2026 10:33