Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsi...
16:19 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Gömrük Məcəlləsinə edilən dəyişiklikliyə əsasən birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək. Bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır.
"Şərq qapısı" xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini və lisenziyanın ləğvini ehtiva edir. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.
Dəyişikliyə əsasən, beynəlxalq təcrübədə ölkələrin iqtisadi siyasətində əhəmiyyətli mövqe qazanmış və etibarlı tərəfdaş rolunu oynayan “Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsi, bu statusun verilməsinin “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, şəxslərin ilkin yoxlanılması zamanı, onlara məxsus baqajın da yoxlanılması tənzimlənir.
Digər xəbərlər