Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
Günümüzdə bir çox valideynlər uşaqlarının Günəş altında oynamasına məhdudiyyət qoyur, əvəzində isə vitamin əlavələrinə üstünlük verirlər. Bəziləri bunun dəriyə və sağlamlığa zərər verə biləcəyini düşünür, digərləri isə Günəşin uşaqlar üçün ən təbii D vitamini mənbəyi olduğunu vurğulayır. Bəs əslində hansının faydası daha çoxdur: təbii Günəş şüası, yoxsa dərman formasında qəbul olunan D vitamini? Bu və bu kimi sualların cavablarını öyrənmək üçün Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim-pediartı Xalidə Mehdiyeva ilə həmsöhbət olduq.
O bildirdi ki,uşaqların sağlam inkişafında D vitamininin rolu danılmazdır. Bu vitamin uşağın doğulduğu andan etibarən vacibdir, xüsusilə həyatın ilk 2 ili skeletin sürətli böyüməsi və sümük mineralizasiyası üçün əvəzolunmazdır. Bu dövrdə çatışmazlıq riski daha yüksək olduğundan 0-2 yaş arası uşaqlara xüsusi diqqət yetirilməlidir. Həkimin sözlərinə görə Günəşdən alınan D vitamini əsasən D₃ formasında sintez olunur və bu, bədən üçün ən aktiv və təbii formadır. Preparatdan alınan D vitamini isə kapsul və ya sirop şəklində qəbul edilir. D₂ vitamininin təsiri bir qədər zəifdir və bədəndə qalma müddəti daha qısadır. Yay aylarında saat 10:00-13:00 arası uşaqları qol və ayaqları açıq şəkildə, həftədə 3-4 dəfə 10-15 dəqiqə günəş altında gəzdirmək kifayətdir. Qış aylarında isə Günəşin az olduğu bölgələrdə, vaxtından əvvəl doğulmuş uşaqlara və sümük-əzələ zəifliyi olanlara preparat şəklində D vitamini verilməlidir. D vitamini çatışmazlığı uşaqlarda raxit, boy artımının ləngiməsi, dişlərin gec çıxması, immunitetin zəifləməsi, əzələ zəifliyi və tez yorulma kimi problemlərə səbəb ola bilər. Günəş işığı, həmçinin uşağın yuxu ritmini tənzimləyir, əhvalını yaxşılaşdırır və immun sisteminə müsbət təsir edir. Preparatlar isə yalnız D vitamini verir, amma günəşin verdiyi əlavə faydaları təmin etmir. Günəşdən qorunmada unudulmamalıdır. Yay aylarında çox uzun müddət birbaşa Günəşdə qalmaq uşağın dərisinə və sağlamlığına ziyan vura bilər. Qış aylarında, xüsusilə respublikamızın dağlıq və Günəşsiz bölgələrində uşaqlar üçün preparat şəkilində D vitamini qəbul edilməlidir. Həkimin valideynlərə tövsiyəsi belədir ki, D vitamini uşağın sümüklərinin təməli, sağlamlığının günəşidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər