Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması bütün region üçün, o cümlədən nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni perspektivlər açır.
"Şərq qapısı"nın yerli mətbuata istinadən məlumatına görə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bunu jurnalistin Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanın Orta Dəhlizdəki mövqeyini itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında bildirib.
O, Zəngəzur dəhlizinin tikintisi təşəbbüsünü alqışlayıb. Qeyd edib ki, bu, bütün regiona fayda verəcək: "Bu, həm rəqabətin inkişafı, həm də yük daşınması üçün şəraitin yaxşılaşdırılması üçün vacibdir. Bu, özlüyündə regional sabitliyin bir siqnalıdır və region iqtisadiyyatına investisiyaların artımına və genişlənməsinə kömək edəcək", - o deyib.
Digər xəbərlər