NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

...

Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirəcək yeni dördzolaqlı avtomagistralların inşası üzrə beynəlxalq tenderin müddəti 10 gün uzadılıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

İyulun 7-də elan edilmiş və avqustun 14-də başa çatması planlaşdırılan tender üzrə təkliflərin təqdim edilməsi üçün son tarix 24 avqust müəyyən edilib.

Qeyd edək ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək. Ümumi uzunluğu 61,3 kilometr olacaq yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa ediləcək.

Nəşr edilib : 13.08.2026 10:11