NAXÇIVAN :

31 Iyul 2026, Cümə

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

...

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olublar. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarəedilməsi mərkəzi və “Qaynar xətt” əlaqə mərkəzi ilə yaxından tanış olub.

Həmçinin nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Tarix Muzeyi və Xalça Muzeyi ilə tanış olublar.

Nəşr edilib : 31.07.2026 17:46