Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb...
23:21 18.01.2026
0
0
0
NAXÇIVAN :
19 Yanvar 2026, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan ŞəhərTəşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin dövlətçilik irsinə həsr olunmuş “Heydər Əliyev yolu: tarixi və gələcəyi birləşdirən irs” adlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Azərbaycan tarixində müstəsna rol oynadığını vurğulayıb. O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası yalnız keçmişdə deyil, bu gün də ölkəmizin siyasi, sosial və iqtisadi yüksəlişinin əsasını təşkil edir və Azərbaycanın müasir dövlət kimi möhkəmlənməsində həlledici əhəmiyyət kəsb edir.
Nazir müavini çıxışında Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının hər bir dövlət qurumu üçün prioritet vəzifə olduğunu vurğulayıb. O bildirib ki, bu irs ölkəmizin sabitliyini qorumaq, milli-mənəvi dəyərləri gücləndirmək və Azərbaycan gəncliyini müasir bilik və bacarıqlarla yetişdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və muxtar respublikada həyata keçirilən layihələrdə də öz əksini tapdığı diqqətə çatdırılıb.
Eyni zamanda Azər Məmmədrəhimov diqqətə çatdırıb ki, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada həyata keçirilən layihələr, o cümlədən Zəngəzur dəhlizi kimi strateji təşəbbüslər ölkəmizin regionda inkişafını və inteqrasiyasını təmin edir. Bu dəhlizin açılması quru və rabitə əlaqələrini yaradaraq Türk dünyasını yeni logistika xətti üzərində birləşdirəcək, tranzit imkanlarını genişləndirərək əməkdaşlığı daha da artıracaqdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxışında Ümummilli Lider Heydər Əliyevin ideyalarının bu gün də ölkəmizin sosial-iqtisadi və siyasi inkişafına yön verən mühüm xətt olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs dövlətçiliyimizin möhkəmlənməsində həlledici rol oynayıb və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elman Cəfərli çıxışında Heydər Əliyevin həyat və yaradıcılığından xatirələrə də toxunaraq Ulu Öndərin gərgin zəhmət, sarsılmaz iradə və uzaqgörən siyasəti ilə Azərbaycanın müasir dövlət kimi formalaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, Heydər Əliyev hər zaman xalqının rifahını, dövlətinin gücünü və gələcək nəsillərin inkişafını prioritet hesab edib. Onun hər addımı və qərarı həm ölkəmizin sabitliyini təmin edib, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edib.
Sonda Elman Cəfərli xüsusi vurğulayıb ki, Heydər Əliyev irsi YAP-ın fəaliyyətində strateji istiqamət olmaqla yanaşı, hər bir üzv üçün nümunəvi rəhbərlik prinsipləri və vətənpərvərlik meyarıdır. O bildirib ki, bu irs hər zaman muxtar respublikada gənc nəsilin formalaşmasında, dövlətçiliyin möhkəmlənməsində və Azərbaycanın tərəqqisində əsas dayaq nöqtəsi olaraq qalır.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, YAP ərazi partiya təşkilatının sədri Sahil Quliyev çıxışında Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərdən və onların gələcəyin hərəkətverici qüvvəsi kimi formalaşdırılmasında rolundan danışıb. O bildirib ki, gənclərin müasir bilik və bacarıqlarla yetişməsi, vətənpərvər ruhda formalaşması Ulu Öndərin daim diqqət mərkəzində olub. Sahil Quliyev bu siyasətin bu gün də ardıcıl şəkildə icra olunduğunu vurğulayıb.
Sonda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Heydər Əliyev Azərbaycan xalqının qəlbində yalnız böyük bir dövlət xadimi kimi deyil, həm də Vətənini canından artıq sevən, xalqının taleyini öz taleyi bilən müdrik lider kimi əbədi yaşayacaqdır. Onun adı müasir Azərbaycan tarixinin ən şanlı, ən qürurverici və ən unudulmaz səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Digər xəbərlər