NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var

...

Azərbaycan ilə Meksika arasında iqtisadi-ticari, mədənçıxarma və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.
“Şərq qapısı” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan ilə Meksika arasında coğrafi məsafə olsa da, bu məsafə ikitərəfli münasibətlərin inkişafına maneə yaratmır.
Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın üzə çıxarılması hər iki ölkənin maraqlarına cavab verir.
“Bu zəngin potensialın üzə çıxarılması ölkələrimizin mənafeyi naminə imkanlar yaradır”, – deyə Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Meksika arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib.

Nəşr edilib : 11.09.2026 20:55