NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib

...

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:

"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Nəşr edilib : 25.06.2026 16:17