Energetika naziri: İlkin mərhələdə Naxçıvandan Tür...
13:47 11.09.2026
0
0
0
Qarabağ Azərbaycanın və xalqımızın mədəniyyət mərkəzi olub, olmaqda davam edir və olacaq. Əfsuslar olsun ki, işğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb. Lakin biz Azərbaycan xalqının mədəni irsini və Qarabağda, eləcə də ölkənin digər hissələrində mövcud olan bütün mədəni irsi bərpa edirik. Bu, Azərbaycanın mədəni irsidir, dövlət Qanunları və beynəlxalq hüquqla da qorunur.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı deyib.
Hikmət Hacıyev vurğulayıb ki, mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir.
“Səfərimiz boyunca Qarabağın şimal hissəsindəki iki kilsə kompleksini ziyarət etmək üçün də yaxşı imkanımız olacaq. Bu, yüksək dəyər verdiyimiz, əziz tutduğumuz və gələcək nəsillər üçün qoruyub saxladığımız, inşa etdiyimiz ilk qədim xristian kilsələrindən biridir.
Əminəm ki, səfərimiz vasitəsilə hazırda tətbiq olunan bərpa və yenidənqurma konsepsiyası haqqında birbaşa təcrübə qazanacağıq. Səfərimiz zamanı sənaye müəssisələrini də görəcəyik, çünki keçmiş məcburi köçkünlərin və qaçqınların qayıdışı həm də onların məşğulluqla təmin olunmasını tələb edir”, - deyə H.Hacıyev bildirib.
Digər xəbərlər