NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Hikmət Hacıyev TDT Baş katibinin müavinini qəbul edib

...

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı, eləcə də üzv dövlətlərdən gəlmiş nümayəndə heyətlərini qəbul edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə TDT-nin "X" hesabında bildirilib.
Görüş Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin XI toplantısı çərçivəsində keçirilib.

Nəşr edilib : 30.09.2025 18:55