Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əla...
17:53 29.08.2026
0
0
0
NAXÇIVAN :
29 Avqust 2026, Şənbə
Dövlət başçısının 2026-cı il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına etdiyi növbəti səfəri, iştirak etdiyi açılış və təməlqoyma mərasimlərini, şəhərsalma və infrastruktur layihələri ilə tanışlığını bir naxçıvanlı kimi böyük qürur hissi ilə izlədim. Bu səfər bir daha nümayiş etdirdi ki, Naxçıvan hər zaman Prezidentimizin xüsusi diqqət və qayğısının mərkəzindədir. Gənc bir memar kimi məni ən çox sevindirən məqamlardan biri tarixi-mədəni irsə göstərilən yüksək həssaslıq və dövlət qayğısıdır. Çünki şəhərlər yalnız müasir binalarla deyil, əsrlərin yaddaşını yaşadan abidələri ilə də yaşayır. Bu baxımdan, dünya memarlıq tarixinin nadir incilərindən biri olan Möminə xatun türbəsinin bərpası və konservasiyası barədə qəbul edilən qərar memarlıq ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Naxçıvanın Baş planının hazırlanması, tarixi-mədəni obyektlərin konservasiyası, şəhərin müasir inkişaf konsepsiyasının milli memarlıq ənənələri ilə uzlaşdırılması gələcək Naxçıvanın daha gözəl və rahat şəhərə çevriləcəyinə inam yaradır. Müasir şəhərsalma prinsipləri ilə tarixi irsin qorunmasının vəhdəti fikrimcə, şəhərimizin özünəməxsus simasının daha da zənginləşməsinə xidmət edəcək.
Əminəm ki, Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Naxçıvan yaxın illərdə təkcə Azərbaycanın deyil, bütün regionun ən müasir, ən yaşıl, ən təhlükəsiz və memarlıq baxımından ən nümunəvi şəhərlərindən birinə çevriləcəkdir.
Dövlət başçısına qədim yurdumuza göstərdiyi sonsuz diqqətə, tarixi irsimizin qorunmasına və dövlətimizin qüdrətinin daha da artırılması istiqamətində gördüyü misilsiz işlərə görə dərin minnətdarlığımı bildirirəm.
Anar SADİQOV
gənc memar, Naxçıvan şəhəri
Digər xəbərlər