NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

...

Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatı ilə hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə jurnalisti Abdülkadir Selvinin cümə günü “Hürriyet” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Məqalənin müəllifi Naxçıvana hücumun Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığı vermək üçün İran səfirliyinə gəlməsindən qısa müddət sonra baş verdiyinə diqqət çəkib. O, həmçinin qeyd edib ki, Türkiyə atəşkəs sazişinə töhfə vermək istəyən ölkələrin siyahısında birinci yerdədir.

Müəllif vurğulayıb: “Buna baxmayaraq, hansı səbəbdənsə, İran raketləri və pilotsuz uçuş aparatları Türkiyə və Azərbaycana yönəlib”. A. Selvi İranın daxilində Türkiyə və Azərbaycanın bu ölkə ilə münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu da istisna etməyib.

Nəşr edilib : 06.03.2026 11:08