Yüksəksürətli internet bütün Naxçıvanı əhatə edəcə...
11:39 02.09.2026
0
0
0
Vətən müharibəsi başa çatandan sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.
"Şərq qapısı" xəbər verir ki, bunu IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O vurğulayıb ki, bu rəqəmlər yenidən istifadəyə verilən yolları, qurulan kəndləri, bərpa edilən elektrik xətlərini, istifadəyə qaytarılan kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtması istiqamətində yaradılan imkanları ifadə edir.
“2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib. Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”.
Digər xəbərlər