Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy ...
18:57 13.10.2026
0
0
0
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
Qazaxıstanın Astana şəhərində oktyabrın 14-15-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nəqliyyat nazirlərinin 14-cü iclası keçiriləcək, iclasın əsas mövzusu təşkilatın 10 illik dövrü əhatə edən nəqliyyat strategiyasının razılaşdırılması və təsdiq edilməsi olacaq.
"Şərq qapısı" İƏT-ə istinadən xəbər verir ki, tədbirdə birliyin üzv dövlətlərinin müvafiq qurumlarının nazirləri və yüksək rütbəli məmurları iştirak edəcəklər.
Görüş iştirakçılarının iki əsas sənədi razılaşdıracağı gözlənilir: qarşıdakı 10 il üçün nəqliyyat sektorunun uzunmüddətli inkişaf strategiyası və Astana Bəyannaməsi. Əsas nazirlər iclasından bir gün əvvəl, oktyabrın 14-də üzv ölkələrin yüksək vəzifəli nümayəndələri sənəd layihələrinin yekunlaşdırılması üzrə son danışıqlar raundunu keçirəcək, həmçinin təşkilatın 2025-ci ilin iyununda Tehranda keçirilmiş əvvəlki nazirlər iclasından bəri fəaliyyətinin nəticələrini qiymətləndirəcəklər.
Tədbirin proqramına oktyabrın 15-də İƏT ölkələrinin işgüzar dairələrinin nümayəndələri ilə dialoqun keçirilməsi də daxildir. İştirakçılar rəqəmsal transformasiya və nəqliyyat infrastrukturuna investisiya qoyuluşu sahəsində dövlət və biznes əməkdaşlığı məsələlərini nəzərdən keçirəcəklər. Biznes dialoqu çərçivəsində formalaşdırılmış təkliflər yekun nazirlik bəyannaməsinə daxil ediləcək.
Qeyd edək ki, İƏT-in 10 üzvü var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan. Təşkilat 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradılıb, 1992-ci ilin sonunda isə onun sıralarına Mərkəzi Asiya və Qafqaz regionlarından daha 7 dövlət qoşulub.
Digər xəbərlər