Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı Şuşa şəhəri ilə tanış edib.
"Şərq qapısı" xəbər verir ki, söhbət zamanı qonağa Ermənistanın işğalı dövründə Azərbaycanın maddi-mədəni irs nümunələrinə vurduğu ziyanlar, viran qoyulan tarixi məhəllələr, məscidlər barədə məlumat verilib.
Eyni zamanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Şuşada aparılan geniş bərpa-quruculuq işlərindən bəhs olunub, yeni binaların tikildiyi, bəzi məscidlərin bərpa olunduğu vurğulanıb.
Qeyd edək ki, M.Pezeşkian iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə qatılmaq üçün Azərbaycana səfərə gəlib.
Digər xəbərlər