Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.
“Şərq qapısı” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.
Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:
“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.
AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.
Digər xəbərlər