Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qey...
12:48 18.04.2026
0
0
0
Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti Mərkəzin Qlobal koordinasiya bölməsinin direktoru Koichiro Komiyama və həmin bölmənin kibertəhlükələr üzrə analitiki Shihono Yonezavadan ibarət olub.
İnstitutdan bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycanda kibertəhlükəsizlik sahəsində ardıcıl və sistemli dövlət siyasətinin həyata keçirildiyini, informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın əhəmiyyətinə toxunub.
Kibertəhdidlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdıran institutun baş direktoru bu baxımdan Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin nümayəndələri ilə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən görüşün önəminə diqqət çəkib. Alim belə görüşlərin keçirilməsinin beynəlxalq təcrübənin öyrənilməsi və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm rolu olduğunu qeyd edib.
Digər xəbərlər