Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13:08 14.08.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir. İmtahan oktyabrın 24-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) təşkil olunacaq.
Mərkəzdən bildirilib ki, DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə və tədris imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. İmtahana qeydiyyat link vasitəsilə həyata keçirilir. Əlavə məlumat almaq üçün international@dim.gov.az ünvanı ilə əlaqə saxlamaq mümkündür.
İmtahana gələn namizədlər şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini (international@dim.gov.az ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.
İmtahana qeydiyyat sentyabrın 8-dək aparılacaq.
Digər xəbərlər