Azərbaycanda mina təhlükəsi ilə mübarizədə birgə s...
16:35 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Media üçün rəqəmsal səriştələr” adlı müntəzəm maarifləndirici infosessiyalara start verilib.
Agentlikdən bildirilib ki, sessiyaların əsas məqsədi jurnalistlərin rəqəmsal savadlılığının artırılması, ölkədə rəqəmsallaşma istiqamətində həyata keçirilən işlər və İRİA-nın fəaliyyəti barədə məlumatlandırılması, eləcə də aktual layihə və təşəbbüslərin təqdim edilməsidir.
Sentyabrın 1-də keçirilən ilk sessiyada 30-dək media qurumunun nümayəndəsi iştirak edib. Tədbirin açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edərək bildirib ki, silsilə sessiyaların keçirilməsində əsas hədəf media ilə innovasiya və rəqəmsal inkişaf mövzusunda dialoqu intensivləşdirmək, yeni təşəbbüslər haqqında operativ məlumat çatdırmaq və ölkədə rəqəmsal transformasiya prosesləri ilə bağlı məlumatlılığı təmin etməkdir. O, daha sonra rəqəmsal inkişaf istiqamətində həyata keçirilən layihələr, bu sahə üzrə yeni qəbul olunmuş hüquqi tənzimləmələr və 2026-2028-ci illər üzrə Fəaliyyət Planında nəzərdə tutulan əsas istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə agentliyin Hüquq departamentinin əməkdaşları tərəfindən rəqəmsal iqtisadiyyatın və innovasiya ekosisteminin inkişafı, əlverişli vergi və tənzimləmə mühitinin formalaşdırılması istiqamətində yeni imkanlar yaradan “Rəqəmsal qanunvericilik paketi”nin əsas müddəaları təqdim olunub. Həmçinin, yeni dəyişikliklərə əsasən “Güzəşt Paketi” çərçivəsində frilanserlərin və rəqəmsal səyyahların (digital nomads) texnopark rezidenti olmaqla əldə edəcəkləri vergi güzəştləri və digər imtiyazlar barədə geniş məlumat verilib.
Sessiya zamanı Texnoparkın fəaliyyətinin genişləndirilməsi, vençur studiyalarının fəaliyyəti, startapların bazara çıxışının təmin edilməsi, eləcə də rəqəmsal transformasiya üzrə audit və konsaltinq xidmətlərinin, təlim və sertifikat proqramlarının təşkili barədə məlumat çatdırılıb. Rəqəmsal sahədə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, eləcə də 2026-2028-ci illər üzrə Fəaliyyət Planında müəyyən edilmiş əsas hədəflərə toxunulub.
Görüşün sonunda təqdim olunan mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb. Ölkəmizdə rəqəmsal inkişaf istiqamətində görülən işlərlə bağlı məlumatlılığın artırılması və media ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu formatda görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər