Dializ xəstələri üçün dərmanlar təhvil verilib...
22:12 20.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may–18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Mayın 20-də Müvəkkil aparatının və Naxçıvan Texniki Kollecinin birgə təşkilatçılığı ilə növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
Müvəkkil aparatının əməkdaşları, kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə kollecin direktoru Asəf Ruşanov və Müvəkkil aparatının əməkdaşı Sadiq Babayev giriş sözü ilə çıxış edərək ölkədə, eləcə də muxtar respublikada insan hüquq və azadlıqlarının təmini sahəsində görülən işlər və “İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sonra Ombudsman aparatının əməkdaşı İmran Hüseynov, kollecin tarix müəllimi Aytən Hüseynova, kollecin tələbəsi Xədicə Həsənli mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda ölkədə insan hüquqlarının inkişafına həsr olunmuş videoçarx izlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər