Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafın...
12:48 13.10.2026
0
0
0
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
Milli Məclisin oktyabrın 13-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
"Şərq qapısı" xəbər verir ki, 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” müzakirələrdən sonra təsdiq edilib.
Qeyd edək ki, Anlaşma Memorandumu İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir.
Memoranduma əsasən, Azərbaycan Respublikası Hökuməti İqlim Həftəsi- 4-ün keçirilməsi üçün məkan, logistika və texniki infrastrukturun, təhlükəsizlik və protokol tədbirlərinin, habelə digər zəruri təşkilati məsələlərin təmin edilməsini həyata keçirir və Memorandumda nəzərdə tutulmuş müvafiq xərcləri qarşılayır. Adaptasiya Komitəsinin 30-cu iclasının logistika və digər təşkilati xərcləri isə Katiblik tərəfindən qarşılanır. Anlaşma Memorandumunun əlavələrində İqlim Həftəsi-4-ün keçirilməsi üçün tələb olunan binalar, iclas yerləri və obyektlər, avadanlıq, təchizat və kommunal xidmətlər, ev sahibi ölkənin dəstək heyəti, habelə iaşə xidmətləri konkretləşdirilib. Katiblik tədbirlərin proqramının hazırlanması və idarə olunmasına, iştirakçı və ekspertlərin dəvət edilməsinə, onların zəruri təşkilati məlumatlarla təmin olunmasına, habelə Katiblik tərəfindən maliyyələşdirilən iştirakçılara müvafiq ödənişlərin təşkilinə cavabdehdir.
Sənəddə, həmçinin tədbirlərlə əlaqədar vergi və gömrük güzəştləri, viza məsələləri, imtiyaz və immunitetlər, tədbir məkanlarının toxunulmazlığı, fərdi məlumatların qorunması və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar müəyyən edilib.
Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
Digər xəbərlər