NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

...

Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2026-cı il

Nəşr edilib : 12.10.2026 11:02