NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün gəlirləri 238,3 milyon manat olacaq

...

“İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

"Şərq qapısı" xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 2026-cı ildə Fondun gəlirləri 238,3 milyon manat, Fondun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 28,1 milyon manat nəzərdə tutulub.

2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 5,7 milyon manat çoxdur.

Nəşr edilib : 09.12.2025 11:49