NAXÇIVAN :

04 Avqust 2026, Çərşənbə axşamı

İstanbulda torpaq sürüşməsi baş verib

...

İstanbulun Böyükçekməcə rayonunun Mimar Sinan sahili ərazisində torpaq sürüşməsi baş verib.
“Şərq qapısı” xəbər verir ki, sahil ilə yaşayış binaları arasında yerləşən torpaq sahəsinin çökməsi nəticəsində sürüşən torpaq sahil yolunun bir hissəsini bağlayıb.
Hadisə zamanı sahildə olan insanlar arasında təşviş yaranıb. Əraziyə polis, təcili tibbi yardım və çoxsaylı yanğın-xilasetmə briqadaları cəlb edilib.
İlkin məlumatda torpaq altında qalan insanların olduğu bildirilib. Bu ehtimala qarşı bölgədə axtarış-xilasetmə əməliyyatı başladılıb.

Nəşr edilib : 03.08.2026 21:17