NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb

...

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb.

"Şərq qapısı" xəbər verir ki, diplomatik korpus bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç Səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir. Biz bu hücumları və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı addımı qətiyyətlə pisləyirik. Vəziyyəti və gələcək hadisələri diqqətlə izləməyə davam edəcəyik”.

Nəşr edilib : 06.03.2026 16:14