Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb...
23:21 18.01.2026
0
0
0
İtaliyanın tanınmış qastronomiya və səyahət platforması olan “Marino Enogastronomic Tour” Ordubad şəhərinin zəngin mətbəxindən bəhs edən geniş məqalə dərc edib. Bu material platforma ilə “Şərq qapısı” qəzeti arasında qurulan əməkdaşlıq çərçivəsində Naxçıvan haqqında beynəlxalq medialarda yayımlanan növbəti yazıdır.
Məqalədə Naxçıvan Muxtar Respublikasının qədim şəhəri olan Ordubadın tarixi-memarlıq siması, beş məhəlləli quruluşu və ənənəvi qida mədəniyyəti ətraflı şəkildə təqdim olunur. İtaliya mediası xüsusilə Ordubadın məşhur şirniyyatı – “Ordubad sucuğu” haqqında geniş məlumat verərək onu “enerji dolu, çoxəsrlik ənənənin daşıyıcısı olan unikal dad” kimi xarakterizə edir.
“Marino Enogastronomic Tour” platforması Naxçıvanla bağlı mövzulara xüsusi maraq göstərir və mütəmadi olaraq regionun mədəniyyətinə, mətbəxinə və turizm potensialına dair yazılara yer verir. Bu da Naxçıvanın beynəlxalq auditoriyada daha geniş tanıdılmasına xidmət edir.
Yazının tam mətni burada yayımlanıb:
https://marinoenogastronomictour.altervista.org/17/06/marinoenogastronomictour/una-delizia-tradizionale-della-repubblica-autonoma-di-naxcivan/
Digər xəbərlər