NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İzmirdə Türkiyə ilə Azərbaycanın müvafiq qurumlarının enerji sektorundakı əməkdaşlıq perspektivləri müzakirə edilib

...

Türkiyənin İzmir şəhərində keçirilən IV Türkiyə-Azərbaycan Enerji Forumu çərçivəsində hər iki ölkənin enerji sahəsinə məsul qurumlarının nümayəndələri və iş adamlarının iştirakı ilə enerji sektorundakı inkişaf tendensiyaları kontekstində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə keçirilən görüşdə rəqəmsallaşma, elektrik enerjisi bağlantıları, enerji saxlanc sistemləri və şəbəkə təhlükəsizliyi mövzuları, eləcə də təbii qaz tələbatı, biometan istehsalı təcrübəsi, ikitərəfli və sərhədlərarası enerji layihələri, həmçinin potensial investisiya istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Toplantının ardından hər iki nazir mətbuata birgə açıqlama veriblər.

Sonra nazirlər İzmirdəki STAR neft emalı zavodunu ziyarət ediblər.

Nəşr edilib : 04.09.2025 16:55