Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Türk dünyası ortaq tarixi, mədəni və digər sahələrdə irsi olan coğrafiyadır. Biz bu gün müştərək kontent və layihələrimizi həyata keçiririk. Ortaq proqramlarımız var ki, bu da bizim üçün konkret nəticələrin əldə edilməsi baxımından böyük fürsətdir.
"Şərq qapısı" xəbər verir ki, bunu Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, ümumiyyətlə, Qazaxıstan xalqlarımızın və ölkələrimizin rifahına xidmət edən təşəbbüslərə açıqdır və təklifləri var. Biz sənədli film layihələrini, turizm, mədəniyyət və digər TV məzmunlarını hazırlamalıyıq. Bu istiqamətlərdə müəyyən işlər var, amma onları canlandırmaq lazımdır. Uşaqlar üçün ortaq mədəniyyət əsasında cizgi filmləri təqdim etməliyik. Bu, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Media sahəsində hansısa material yaradırıqsa, süni intellektdən elə istifadə etməliyik ki, yaradılan məlumatın etibarlılığı təmin olunsun.
Nazir müavini, həmçinin qeyd edib ki, bu əməkdaşlıqla bağlı qurduğumuz platforma konkret nəticələri və layihələri nəzərdə tutur.
Digər xəbərlər