NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Katex çayında batan şəxsin meyiti tapılıb

...

Balakən rayonunun Katex çayında batan şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, iyulun 8-də Katex çayının Balakən rayonu, Katex kəndindən keçən hissəsində batan və batdığı yerdən 3 kilometr aralıda tapılan 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayevin meyiti FHN-nin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Nəşr edilib : 09.07.2026 12:23