Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
NAXÇIVAN :
14 Dekabr 2025, Bazar
Bu gün Şahbuz rayonunun Kükü kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Mirzəyev bildirib ki, kənd turizmi bölgələrdə məşğulluğun təmini, əhalinin sosial rifahının yaxşılaşdırılması və kənd yerlərinin inkişafının təmin edilməsi vasitəsi kimi önə çıxmaqdadır. Hazırda turizmin bu növü bölgələrin təbii ehtiyatlarına və yerli əhalinin həyat tərzinə uyğun olaraq formalaşmış, kəndin inkişafının davamlılığına töhfə verən bir sektor halına gəlib. Muxtar respublikamız üçün kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafı və məşğulluğun təmini baxımından kənd turizmi mühüm əhəmiyyətə malikdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və araşdırmalar sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunub. O, tədbir iştirakçılarına Dövlət Proqramının əhəmiyyətini vurğulamış muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat verib.
Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər