NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Komitə sədri: "İxtisaslı kadrlar hazırlamaq Azərbaycanın gələcəyinə xidmət edəcək"

...

“Bu gün Azərbaycanın beş milli prioritetlərindən biri rəqabət qabiliyyətli insan kapitalının hazırlanmasıdır ki, bu proses Naxçıvanda da sürətlə davam edir. Dövlət orqanları ilə, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatası ilə belə bir audit sektorunda təlimlərin keçirilməsi, tələbələrin ölkəmizin  indidən gələcək həyatında rol oynamaq üçün özlərini hazırlaması nöqteyi nəzərindən çox müsbət bir addımdır”.
Bu sözləri Milli Məclisin komitə sədri Sadiq Qurbanov jurnalistlərə müsahibəsində deyib. 
  Komitə sədri qeyd edib ki, bu addımlar müasir dövrün tələblərinə, dördüncü sənaye inqilabının regional mərkəzi kimi respublikamızın fəaliyyətinə, enerji sahəsindəki Azərbaycanın nüfuzuna, bütövlüklə idarəetməyə öz təsirini göstərəcək. 
“İqtisad Universitetinin tələbələri birinci mərhələdə bu təlimi keçmişdi və ikinci mərhələ Naxçıvandadır. Hesab edirəm, bu qayda ilə biz universitetlərimizin əksəriyyətində hesablama palatası və digər qurumlarla birgə təlimləri keçməliyik. Bu isə o deməkdir ki,  yaxşı, layiqli vətəndaş, eyni zamanda ixtisaslı kadrlar hazırlamaqla, onlar da Azərbaycanın gələcəyinə xidmət edəcəklər” ,– deyə Sadiq Qurbanov bildirib.

Nəşr edilib : 17.06.2025 17:34