Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
12:49 02.09.2026
0
0
0
NAXÇIVAN :
02 Sentyabr 2026, Çərşənbə
Minatəmizləmə yalnız humanitar və təhlükəsizlik məsələsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, insanlar üçün təhlükəsiz yaşayış məkanlarının yaradılmasını da əhatə edir. Ərazilərin minalardan təmizlənməsi zamanı həmin torpaqların gələcəkdə necə istifadə olunacağına, eləcə də gələcək nəsillərin təhlükəsizliyinə və sağlamlığına təsiri nəzərə alınmalıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə konfransı çərçivəsində keçirilən “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti” mövzulu panel müzakirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, məsələ şəhərlərin və ya yaşayış məskənlərinin salınması ilə məhdudlaşmır, eyni zamanda, transformasiya da vacib amildir.
Anar Quliyevin sözlərinə görə, Azərbaycanda cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təsadüfi deyil. Bu il çərçivəsində iqlim fəaliyyətinə dair anlayışı inkişafdan ayrı bir proses kimi deyil, təhlükəsiz, dayanıqlı və davamlı icmaların planlaşdırılması və qurulmasının ayrılmaz tərkib hissəsi kimi daha da inkişaf etdirmək üçün mühüm imkanlar var.
Azərbaycan bu problemin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.
Komitə sədri vurğulayıb ki, təhlükəsiz ərazi bərpa, infrastrukturun qurulması və davamlı inkişafın həyata keçirilməsi üçün təməl yaradır. “Minatəmizləmə fəaliyyətini yenidənqurmadan ayrı qiymətləndirmək çətindir. Bu fəaliyyət davamlı inkişafı planlaşdırmağın və mina təhlükəsindən zərər çəkmiş əraziləri ölkənin daha geniş iqtisadi və sosial sistemlərinə yenidən inteqrasiya etməyin əsas şərtlərindən biridir”,- deyə Anar Quliyev vurğulayıb.
Digər xəbərlər