Mənsum İbrahimov: Naxçıvan tamaşaçısının sevgisi m...
00:12 18.07.2026
0
0
0
NAXÇIVAN :
18 Iyul 2026, Şənbə
Yeni Şəhər Gündəliyinin prinsipləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli şəkildə tətbiq olunur.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edərkən deyib.
O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Azərbaycan keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin etmək məqsədilə “Daha yaxşı bərpa et” yanaşması tətbiq edir.
“12 şəhərdən 8-i, həmçinin 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib. Bu gün həmin ərazilərdə təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır. Mənzillərlə yanaşı, təhsil, səhiyyə, infrastruktur və ictimai xidmətlər də paralel şəkildə inkişaf etdirilir. 15 700-dən çox mənzilin tikintisinə icazə verilib”, - deyə Komitə sədri qeyd edib.
O əlavə edib ki, üç beynəlxalq hava limanı, yeni avtomobil və dəmir yolu infrastrukturu regionun bağlantısını gücləndirir.
“Ağdam və Cəbrayılda yaradılan sənaye parkları investisiya və məşğulluğu dəstəkləyir. Region, eyni zamanda yaşıl enerji zonası kimi inkişaf etdirilir, “ağıllı" şəhər və kənd konsepsiyaları, bərpaolunan enerji və iqlimə davamlı planlaşdırma yeni yaşayış məntəqələrinin əsasını təşkil edir. Bu yanaşma postmünaqişə bərpa anlayışından daha geniş məna daşıyır. Təcrübəmiz göstərir ki, şəhərlərin bərpası yalnız infrastrukturun yenidən qurulması deyil, həm də əhalinin iqtisadi imkanlarının bərpası, uzunmüddətli sülh və dayanıqlı inkişaf üçün şəraitin yaradılması deməkdir”, - deyə Anar Quliyev vurğulayıb.
Digər xəbərlər