Türkiyə və İranın XİN başçıları arasında telefonla...
16:52 16.09.2026
0
0
0
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
"Şərq qapısı" xəbər verir ki, nümayəndə heyətinə XX əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsi haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.
Nümayəndə heyəti ekspozisiya zalında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar, Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar əldə ediblər.
Digər xəbərlər