NAXÇIVAN :

13 May 2026, Çərşənbə

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılacaq

...

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə  məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 140, 181, 182, 314 və 650-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 2-nə təyin edilmiş iclasında baxılacaq.

Nəşr edilib : 08.05.2026 10:48