İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsində...
21:35 10.09.2026
0
0
0
NAXÇIVAN :
10 Sentyabr 2026, Cümə axşamı
Sentyabrın 9-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.
"Şərq qapısı" xəbər verir ki, nümayəndə heyətinin tərkibində konstitusiya məhkəməsinin hakimi Rəşid Rzayev və Aparat rəhbəri Anar Babayev olublar.
Səfər çərçivəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya və məhkəmənin hakimləri ilə görüş keçirilib.
Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya Azərbaycan nümayəndə heyətini salamlayaraq, 2025-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə ölkəmizə etdiyi səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərini qeyd edib, eləcə də iki ölkə arasında mövcud əlaqələrin hüquq və məhkəmə sistemləri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf dinamikasını nəzərdən keçirərək, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd ediblər.
Daha sonra qanunun aliliyinin möhkəmləndirilməsi məqsədilə Konstitusiya Məhkəmələri arasında dialoq və əməkdaşlıq mövzusunda geniş müzakirələrə yer verilib.
Həmçinin qanunun aliliyinin təmin olunması, konstitusiya ədalət mühakiməsinin inkişaf tendensiyaları, habelə konstitusiya məhkəmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, məhkəmə təcrübəsində qarşıya çıxan konstitusiya hüquq məsələləri nəzərdən keçirilib, həmin məsələlərə dair tərəflərin hüquqi və praktiki yanaşmaları təqdim olunub.
Görüşdə habelə, məhkəmə sistemlərində həyata keçirilən müasir islahat və proseslər barədə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Konstitusiya Məhkəməsi ilə Gürcüstan Konstitusiya Məhkəməsi arasında mövcud əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Qanunun aliliyinin möhkəmləndirilməsi və konstitusiya ədalət mühakiməsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı dialoqun davamlı şəkildə genişləndirilməsinin vacibliyi qeyd olunub.
Sentyabrın 10-da Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze və Ali Şurasının sədri Tsotne Ananidze ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Gürcüstan məhkəmə-hüquq münasibətlərinin inkişaf səviyyəsi, əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də hüquq və məhkəmə sahəsində əlaqələrin perspektivləri ətrafında müzakirələr aparılıb.
Eyni zamanda muasir dövrdə Azərbaycan-Gürcüstan arasında dostluq və qaraşlıq tərəfdaşlıq münasibətləri barəsində geniş məlumatlar verilmiş, bütün sahələrə aid inkişaf dinamikası olduğu qeyd edilib.
Səfər çərçivəsində görüşlərdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov iştirak edib.
Digər xəbərlər