NAXÇIVAN :

31 Avqust 2026, Bazar ertəsi

Körpü və yol ötürücülərinin texniki vəziyyətinin yoxlanılması davam etdirilir

...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə yerləşən yolötürücülərdə müayinə və sınaq işləri davam etdirilir.
Bu barədə AAYDA-dan məlumat verilib.
Bildirilib ki, növbəti mərhələdə işlər aşağıdakı yolötürücülərdə aparılacaq:
- Sentyabrın 1-dən 2-nə keçən gecə – M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Sulutəpə dairəsində yerləşən yolötürücü;
- Sentyabrın 2-dən 3-nə keçən gecə – M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Sulutəpə dairəsində yerləşən yolötürücü;
- Sentyabrın 3-dən 4-nə keçən gecə – M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ərazisində inşa olunmuş yolötürücü;
- Sentyabrın 4-dən 5-nə keçən gecə – Böyükşor–Pirşağı avtomobil yolunda inşa olunmuş dəmir-beton yolötürücü.
Müayinə və sınaq işləri hər bir yolötürücüdə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

• 20:00–00:00 – avadanlıqların quraşdırılması;

• 00:00–01:00 – sınaqlara hazırlıq və avadanlıqların yoxlanılması;

• 01:00–04:00 – aşırım qurğularının statik və dinamik sınaqlarının aparılması.
Aparılan müayinələr yolötürücülərin texniki vəziyyətinin qiymətləndirilməsinə, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.

Nəşr edilib : 31.08.2026 22:30