Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ...
17:47 20.05.2025
0
0
0
“Bu gün biz bura aydın məqsədlərlə toplaşmışıq. Belə ki korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir. Bu məsələdə “GlobE” Şəbəkəsinin əhəmiyyəti çox vacibdir. Sizin əməkdaşlığınız sayənizdə biz nəticələri əldə edirik”.
"Şərq qapısı" xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər şöbəsinin rəisi Brigitte Strobel-Şav BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.
Strobel-Şav çıxışında korrupsiyanın sərhəd tanımadığını, onun qanunvericilik boşluqlarında gücləndiyini vurğulayıb: "Biz korrupsiyanın cücərdiyi meydanı bağlamaq üçün hər imkandan istifadə etməliyik. Bu platformadan istifadə edərək qanunvericilik predmetlərini müəyyən etmək lazımdır. Bizim ümumi məqsədimiz odur ki, sizin birgə işə sadiqliyinizlə biz fərq yarada bilərik".
Digər xəbərlər