NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Kukla teatrında Yeni il sevinci

...

Yeni il ərəfəsində Kukla Teatrı balaca tamaşaçıları sevindirmək üçün maraqlı və rəngarəng tamaşalarla çıxış edir. Bu mövsüm uşaqlar “Sehrli xurcun” adlı yeni tamaşa ilə sehrli nağıl dünyasına səyahət edəcəklər.
Tamaşa xeyirxahlıq, dostluq və səmimiyyət üzərində qurulub. Hadisələr sehrli bir xurcunun ətrafında cərəyan edir. Bu xurcun adi deyil, o yalnız ürəyi təmiz, niyyəti yaxşı olanlara öz möcüzələrini göstərir. Yeni il yaxınlaşdıqca qəhrəmanlar müxtəlif maraqlı sınaqlardan keçir, gülməli və düşündürücü macəralar yaşayırlar.
Rəngarəng, şən musiqilər, zarafatlarla dolu səhnələr və bayram ab-havası tamaşanı uşaqlar üçün daha da maraqlı edir. “Sehrli xurcun” balaca tamaşaçıların Yeni ili gülüş və sevinc içində qarşılmasına öz töhfəsini verir.

Nəşr edilib : 02.01.2026 17:50