NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Küveyt XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını pisləyib

...

Küveyt Dövləti İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb.

"Şərq qapısı" xəbər verir ki, Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir.

Nazirlik, həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Nəşr edilib : 05.03.2026 16:05