NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Leysan yağacaq, dolu düşəcək

...

İyulun 16-dan 22-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 15.07.2026 15:50