NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ləzzət Group-da 30 illik yubiley görüşləri başa çatdı – 700-dən çox əməkdaşa təşəkkürnamə təqdim olunub

...

Ləzzət Group-un 30 illik yubileyi çərçivəsində keçirilən müəssisədaxili görüşlər yekunlaşıb.
Yeddi gün ərzində şirkətin rəhbəri Teymur Rzayev müxtəlif istehsalat bölmələrində 700-dən çox əməkdaşla şəxsən görüşüb. O, əməkdaşların fikir və təkliflərini dinləyərək onlara göstərdikləri səylərə, əməklərinə görə minnətdarlığını bildirib və hər birinə şəxsi təşəkkürnamələr təqdim edib.

Bu təşəbbüs, Ləzzət Group-un uğur yolunda əməkdaşların əvəzsiz xidmtələrinə verilən yüksək dəyərin bariz nümunəsidir. Görüşlər zamanı həmçinin şirkətin 30 illik inkişaf yolu qeyd edilib, gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Bu isə komanda ruhunun daha da gücləndirilməsinə xidmət edir.

Nəşr edilib : 13.08.2025 12:18