Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərima...
09:18 29.10.2026
0
0
0
“Hüseyn Cavidin xatirəsini yad etmək üçün onun vətənində olmaqdan məmnunluq duyuram. Hər il dahi şairin xatirəsi yüksək səviyyədə anılır. Çünki Hüseyn Cavid elə mötəbər şəxsiyyət, mütəfəkkir şairdir ki, öz misraları ilə hər kəsə özünü xatırladır”. Bu sözləri “Şərq qapısı”na müsahibəsində filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Lütviyyə Əsgərzadə deyib.
O, Hüseyn Cavidin ev-muzeyini ziyarət edərkən şairin məşhur misralarını xatırladığını vurğulayıb: “Məni öldürsəniz də, mən yaşaram, tərk edib xalqı Xaliqə qoşaram”.
Müsahibimiz qeyd etdi ki, Hüseyn Cavid sanki əbədi yaşayacağına əmin idi. Bu gün keçirilən tədbirlər və onun irsinə göstərilən ehtiram da dahi sənətkarın əbədiyaşarlığının göstəricisidir. O, fikirlərini Hüseyn Cavidin ruhuna rəhmət diləməklə yekunlaşdırıb.
Rafiq TƏHMƏZ
Digər xəbərlər