Belarus Respublikasının Prezidenti Aleksandr Lukaş...
21:28 25.08.2026
0
0
0
NAXÇIVAN :
25 Avqust 2026, Çərşənbə axşamı
Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və dövlət qərarlarının qəbul edilməsi mexanizmləri barədə danışıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb. Müzakirələr zamanı güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir göstərən digər amillər barədə danışılıb.
Görüşdə iştirakçıların Azərbaycanın xarici siyasətinin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.
Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin artırılmasının, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramın 102 məzunu olub. Hazırkı IV tələbə-məzun proqramında 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etmək hüququ qazanıb.
Digər xəbərlər