NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Macarıstan təmsilçisi: Zəngəzur dəhlizi Türk dünyası üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradacaq

...

Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyət daşıyan mühüm nəqliyyat və əməkdaşlıq layihəsidir. Bu dəhliz Azərbaycan və qonşu ölkələr arasında ticarət əlaqələrini gücləndirəcək. Eyni zamanda, regionun enerji və tranzit imkanlarını artırmaq baxımından önəmlidir.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Macarıstanın “Danube” İnstitutunun icraçı direktoru İstvan Kiss Türk Dövlətləri Təşkilatının QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı panel iclasda söyləyib.

O bildirib ki, layihə Türk dünyası və Mərkəzi Asiya ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradacaq, eyni zamanda, humanitar və mədəni əlaqələrin inkişafına töhfə verəcək. Bu təşəbbüsün uğurla başa çatması bölgədə sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyəcək.

Nəşr edilib : 24.11.2025 12:30