Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində...
18:25 31.08.2026
0
0
0
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib. Onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib. Bakalavrlar nəticələri mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı my.gov.az portalı üzərindən aparılacaq. Qeydiyyat sentyabrın 3-ü saat 15:00-dan sentyabrın 9-u saat 18:00-dək davam edəcək.
Qeydiyyatdan keçmək üçün qəbul olunan şəxslər mygov ID vasitəsilə portalda şəxsi kabinetlərinə daxil olaraq Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətindən istifadə etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi qəbul olunacaq və onların qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Qəbul olunanların siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunacaq.
Digər xəbərlər