Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Naz...
16:29 02.10.2026
0
0
0
NAXÇIVAN :
02 Oktyabr 2026, Cümə
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər.
"Şərq qapısı" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib.
Fransa administrasiyasının bəyanatında qeyd olunub ki, Fransa və ABŞ "ixrac məhdudiyyətləri olmadan" əlaqələndirilmiş fəaliyyətdə ortaq marağı bölüşürlər.
E.Makron yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün əməkdaşlığın zəruriliyini vurğulayıb. O bildirib ki, Fransa Beynəlxalq Enerji Agentliyi (BEA) ilə birlikdə qiymət təzyiqini azaltmaq üçün görüləcək tədbirlər üzərində işləyir.
Fransa lideri həmçinin bu məsələni Kanadanın Baş naziri Mark Karni ilə müzakirə edib. Yelisey sarayının məlumatına görə, danışıqlar zamanı yanacaq qiymətlərinin artmasına qarşı mübarizə aparmaq və bütün dünyada neft məhsullarının əlçatanlığını təmin etmək üçün birgə işin zəruriliyi vurğulanıb.
Yelisey sarayından həmçinin, hazırda Fransanın sədrlik etdiyi "Böyük Yeddilik" ölkələri liderlərinin qarşıdan gələn videokonfransı barədə məlumat verilib.
"Məqsəd, həm "Böyük Yeddilik" ölkələri arasında, həm də bütün dünyada qiymət təzyiqini yumşaltmağa və xam neft, eləcə də neft məhsullarının tədarükünə zəmanət verməyə yönəlmiş tədbirlərin əlaqələndirilməsindən ibarətdir", - bəyanatda bildirilib.
Son həftələrdə Rusiya Federasiyası və Ukrayna arasında davam edən münaqişələr və Yaxın Şərqdəki vəziyyət fonunda Fransa, Almaniya və ABŞ-də yanacağın dəyəri nəzərəçarpacaq dərəcədə artıb.
Digər xəbərlər