NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Maliyyə Nazirliyi süni intellektin tətbiqinə hazırlaşır

...

Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib.

"Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib.

Nəşr edilib : 23.01.2026 13:45